Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı məlum oldu – Zelenski açıqladı
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ordusunda mühüm kadr dəyişikliyi edib.
News24.az xəbər verir ki, dövlət başçısı axşam videomüraciətində general-mayor Mixaylo Drapatını Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin etdiyini açıqlayıb.
Zelenskinin sözlərinə görə, Mixaylo Drapatı, Yevgen Xmara və Pavlo Palisa ilə birlikdə Baş Qərargahın yeni fəaliyyət modeli də müəyyənləşdirilib.
Prezident vəzifəsindən ayrılan Aleksandr Sırskiyə Kiyevin müdafiəsi, Xarkov əks-hücum əməliyyatı, Kursk istiqamətində keçirilən əməliyyatlar və Ukraynanın müdafiəsinə verdiyi töhfələrə görə təşəkkür edib. O bildirib ki, Sırski və Andrey Qnatovla gələcək xidmət istiqamətləri və səlahiyyətlərin təhvil verilməsi artıq müzakirə olunub.
Qeyd edək ki, Mixaylo Drapatı Ukraynanın ən tanınmış hərbçilərindən biridir. O, 2014-cü ildən Donbasda döyüşüb, daha sonra Rusiyanın genişmiqyaslı işğalı zamanı cənub və şərq istiqamətlərində əməliyyatlara rəhbərlik edib. Drapatı Baş komandanın müavini, Quru Qoşunlarının komandanı və son olaraq Birləşmiş Qüvvələrin komandanı vəzifələrində çalışıb. Onun Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edilməsi ölkə ordusunda aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirilir.