Ukrayna vuruldu: ölənlər var

Ukrayna vuruldu: ölənlər var Dünya

Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

"Ötən sutka ərzində Sumı vilayətinin 17 icmasına edilən düşmən hücumları nəticəsində iki nəfər ölüb, daha dörd nəfər isə yaralanıb. Düşmən idarəolunan aviabombalar, dronlar, artilleriya və minaatanlardan istifadə edib", –Ukrayna Milli Polisinin mətbuat xidməti bildirir.