Ukraynada 3 rus kriminal avtoritet məhv edildi

Ukraynada 3 rus kriminal avtoritet məhv edildi Dünya
1990-cı illərdə Rusiya Federasiyasında cinayətkar qruplaşmalara rəhbərlik edən və sonradan Vaqner Özəl Hərbi Şirkətinin tərkibində Ukraynaya qarşı vuruşan 3 nəfər məhv edilib.

News24.az-ın xəbərinə görə, bu barədə UNİAN məlumat yayıb.

Bunlar 59 yaşlı Sergey Maksimenko, 55 yaşlı Andrey Berejnıx və 55 yaşlı İqor Kuskdur.