“Ukraynada atəşkəs olmayacaq” - Lavrov

“Ukraynada atəşkəs olmayacaq” - Lavrov Dünya

“Ukraynada atəşkəs olmayacaq”.

News24.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, döyüşləri yalnız uzunmüddətli, etibarlı və dayanıqlı nizamlanma əldə edildikdə dayandırmaq lazımdır.

“Əgər biz indi qəfildən təmas xəttində dayansaydıq, əslində nasizmi məğlub etmiş babalarımızın və ulu babalarımızın qəhrəmanlığının üstündən xətt çəkilməsinə imkan vermiş olardıq. Buna yol vermək mümkün deyil”, – deyə Lavrov bildirib.

Bundan əlavə, Rusiya Qərb ölkələri tərəfindən Kiyevin hərbi maşınını dəstəkləyən hər şeyin məhv edilməsi üsullarını sərtləşdirəcək.