Ukraynada matəm elan edildi

Ukraynada matəm elan edildi Dünya

Avqustun 21-i Kiyevdə Rusiya qüvvələrinin Ukrayna paytaxtına kütləvi hücumunda həyatını itirənlərin xatirəsinə Matəm Günü elan edilib.

News24.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, həmin gün şəhərdə bayraqlar yarıya qədər endiriləcək və əyləncə tədbirləri keçirilməyəcək.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Rusiyanln hücumu nəticəsində Kiyevdə 12 nəfər həlak olub. Daha bir nəfər isə Kiyev vilayətində həyatını itirib.

Yaralananların ümumi sayı 40 nəfərə çatıb. Onların arasında iki polis əməkdaşı da var.