Ukraynada nəqliyyatda inqilab: gələn il bu qatarlar istifadəyə veriləcək

Ukraynada nəqliyyatda inqilab: gələn il bu qatarlar istifadəyə veriləcək Dünya

2026-cı ildə Ukraynada ilk ikimərtəbəli sərnişin vaqonları istifadəyə veriləcək.

News24.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Yeni vaqonlar dəmir yolu daşımalarının xərclərini optimallaşdırmaq məqsədilə alınacaq. Vaqonların istehsalı Ukraynanın özündə həyata keçiriləcək.

Gələn ilin dövlət büdcəsi layihəsində 100 vaqonun alınması üçün vəsait nəzərdə tutulub. Onların arasında ölkənin ilk ikimərtəbəli sərnişin vaqonu da olacaq.