Ukraynada prezident seçkilərində Zelenskinin rəqibi o olacaq

Ukraynada prezident seçkilərində Zelenskinin rəqibi o olacaq Dünya

Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı bildirib ki, əgər payızda prezident seçkiləri keçirilərsə, o, namizədliyini irəli sürməyə hazırdır.

News24.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kiyevdə keçirilən məxfi görüş zamanı Ukrayna prezidenti Zelenski Zalujnıdan seçkilərdə iştirak edib-etməyəcəyini soruşub.

Sabiq baş komandan isə bu suala müsbət cavab verib.

Zalujnı siyasi karyera qurmağa can atmadığını, lakin ona ümid bəsləyən və etimad göstərən vətəndaşların gözləntilərinə diqqətsiz qalmayacağını bildirib.

Nəşr yazıb ki, Ukrayna Prezident Ofisi Zalujnını prezidentlik ambisiyalarından imtina etməyə razı salmağa çalışıb.

Buna səbəb kimi cəmiyyətin parçalanması riski və münaqişə şəraitində ağır siyasi kampaniyanın keçirilməsi göstərilib.

Lakin Zalujnı mövqeyini dəyişməyib.