Ukraynada zəlzələ oldu
Dünya
İyulun 7-si səhər saatlarında Ukraynanın Poltava vilayətində 2,6 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Xüsusi Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Mirqorod rayonunun Loxvitsa qəsəbə icmasının ərazisində qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.