Ukraynadan Novorossiyskə ağır zərbə: xeyli ölən və yaralanan var
Dünya
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının gecə saatlarında Rusiyanın Novorossiysk şəhərinə hücumu nəticəsində 4 nəfər, o cümlədən 1 uşaq həlak olub.
News24.az xəbər verir ki, Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev hücum nəticəsində daha 29 nəfər yaralandığını bildirib.
Onlardan 3-nün vəziyyəti ağırdır.
Hücum zamanı 3 fərdi yaşayış evinə və 5 çoxmənzilli binaya ziyan dəyib. Bundan əlavə, pravoslav kilsəsinin və uşaq bağçasının binaları da zərər görüb.
Hazırda hadisə yerində operativ və xilasetmə xidmətləri çalışır. Hücumun nəticələri aradan qaldırılır.