Ukraynanın hava qalxanı güclənir: İspaniyadan yeni tədarük

Ukraynanın hava qalxanı güclənir: İspaniyadan yeni tədarük Dünya

İspaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemləri üçün 40 raket verəcək.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

Zelenskinin sözlərinə görə, hazırda bu tip raketlər ciddi qıtlıqda olsa da, Madrid yeni hərbi yardım paketi çərçivəsində onları Ukraynaya təhvil verməyə razılaşıb.

Prezident bildirib ki, bu raketlər hazırda Ukraynanın hava hücumundan müdafiə şəbəkəsi üçün kritik əhəmiyyət daşıyır və cəbhədə vəziyyətə birbaşa təsir göstərə bilər.