"Ukraynanın İran gəmisinə hücumu terror aktıdır" - Zaxarova

"Ukraynanın  İran gəmisinə hücumu terror aktıdır" - Zaxarova Dünya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumu ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Zaxarova hücumu terror aktı adlandırıb.

"Bu, əsl terror aktıdır. Dünya təcrübəsi baxımından da bu, yenidən baş qaldıran dəniz quldurluğu praktikasından qaynaqlanan terror aktıdır", – deyə Zaxarova bildirib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, Ukrayna iyulun 25-də İranın ticarət gəmisinə hərbi hücum həyata keçirib. Hücum nəticəsində bir dənizçi həlak olub, daha biri isə yaralanıb.

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücumunun cavabsız qalmayacağını və Kiyevin bu hücuma görə kompensasiya ödəməli olduğunu bildirib.