Ukraynadan kritik xəbər: bütün stansiyalar…

Ukraynadan kritik xəbər: bütün stansiyalar… Dünya

Ukraynada düşmən hücumları nəticəsində ölkənin bütün böyük istilik və su elektrik stansiyaları zədələnib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, hazırda mövcud AİES, QES, İES və İstilik Elektrik Mərkəzlərinin bütün gücü yalnız ölkənin daxili tələbatını ödəmək üçün işlədilir. Nazirlik bildirib ki, Ukrayna bu mərhələdə elektrik enerjisini ixrac etmir.