Bu limanlarda gəmilərin keçidi DAYANDIRILDI
Dünya
Ukraynanın Odessa, Çernomorsk və Yujnıy limanlarında kommersiya gəmiçiliyi təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb.
News24.az xəbər verir ki, qərar son günlər Rusiyanın bölgəyə hücumlarının intensivləşməsindən sonra qəbul edilib.
Ukrayna tərəfi hücumların kommersiya gəmiçiliyini və kənd təsərrüfatı ixracını hədəf aldığını bildirir. Rusiya isə zərbələrin hərbi məqsədlər üçün istifadə olunduğunu iddia etdiyi liman obyektlərinə endirildiyini açıqlayıb.