Ukraynanın sabiq müdafiə naziri ilə bağlı korrupsiya iddiası
Dünya
Ukraynanın müdafiə naziri vəzifəsindən uzaqlaşdırılan Mixail Fedorovun korrupsiya ilə əlaqəli olduğu iddia edilir.
News24.az xəbər verir ki, bu barədə TASS agentliyinə Ukraynadakı rusiyameylli yeraltı təşkilatın nümayəndələri bildiriblər.
Onların sözlərinə görə, Fedorov rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı, radioelektron mübarizə sistemləri və pilotsuz uçuş aparatlarının orduya tədarükündə yalnız özünə yaxın şəxslərin maraqlarını irəli sürüb.
İddia olunur ki, Ukrayna Silahlı Qüvvələrində bu texnikaların bir hissəsi sonradan səmərəsiz hesab edilib.
Mənbə həmçinin bildirib ki, Fedorovun Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırski ilə strateji məsələlərdə fikir ayrılıqları olub.
Onların iddiasına görə, Fedorov hakimiyyətin əsas məqsədi hesab edilən orduya kifayət qədər canlı qüvvə cəlb etmək vəzifəsini də yerinə yetirə bilməyib.
Yeraltı təşkilat nümayəndəsi Fedorovun ictimaiyyət arasında tanınan sima olduğunu, orduda aparılan modernləşmə ilə bağlı tez-tez çıxış etdiyini deyib.
Onun fikrincə, bu nüfuzdan istifadə edilərək etiraz aksiyalarına dəstək formalaşdırılıb.
Mənbə iddia edib ki, aksiyalar qısa müddət sonra dayanıb və onların əsas məqsədi Aleksandr Sırskinin vəzifədən uzaqlaşdırılması olub.