Ukraynanın yeni Müdafiə nazirinin kimliyi bəlli oldu
Dünya
Ukraynanın yeni müdafiə nazirinin kim olacağı bəlli olub.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Olqa Vasilevskaya-Smaqlyuk özünün “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, ölkənin müdafiə naziri postuna daxili işlər naziri İqor Klimenko təyin ediləcək.
O, bu vəzifədə Mixail Fyodorovu əvəzləyəcək.