Ukraynanın yüz milyonlarla dollarlıq borcu ödəmək üçün iki həftə vaxtı var

Ukraynanın yüz milyonlarla dollarlıq borcu ödəmək üçün iki həftə vaxtı var Dünya

Ukrayna qarşıdakı iki həftə ərzində Beynəlxalq Valyuta Fonduna (BVF) borc öhdəlikləri üzrə 252 milyon dollardan çox vəsait ödəməlidir.

News24.az xəbər verir ki, bu barədə fondun daxili məlumat bazasında qeyd edilib.

Ödəniş qrafikinə görə, ilk tranş – 62,5 milyon xüsusi borcalma hüququ (SDR) həcmində vəsait noyabrın 30-da, bazar ertəsi günü köçürülməlidir. İkinci ödənişin isə 125,7 milyon SDR həcmində dekabrın 9-da həyata keçirilməsi nəzərdə tutulur.

Sentyabrın sonuna olan məlumata görə, Ukraynanın ümumi dövlət borcu 212,6 milyard dollara çatıb. Ölkənin Mərkəzi Bankının məlumatına əsasən, Ukrayna oktyabr ayında kreditlərin qaytarılmasına artıq 495,1 milyon dollar vəsait yönəldib.

BVF-nin uzunmüddətli ödəniş qrafiki qarşıdakı 20 ili əhatə edir. Həmin qrafikə əsasən, fond 2046-cı ilədək Ukraynadan təxminən 20 milyard dollar almağı planlaşdırır.