Ukraynanın bu silahı ABŞ-də istehsal ediləcək
Dünya
ABŞ ilk dəfə olaraq Ukraynada hazırlanan və döyüş şəraitində sınaqdan keçirilmiş "Magura" pilotsuz dəniz katerlərinin istehsalına başlayacaq.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, Ukraynanın “Uforce” şirkəti ilə ABŞ-nin xüsusi təyinatlı qüvvələr üçün katerlər istehsal edən “ReconCraft” şirkəti arasında əməkdaşlıq razılaşması əldə olunub. İstehsalın Oreqon və Cənubi Karolina ştatlarında həyata keçirilməsi, gələcəkdə isə ildə yüzlərlə, hətta minlərlə “Magura”nın buraxılması planlaşdırılır.
Bildirilir ki, uzunluğu 7,6 metr olan bu pilotsuz katerlər 560 kilometrdən çox məsafə qət edə, 770 kiloqramdan artıq yük daşıya bilir. Onlar zərbə endirməklə yanaşı, pilotsuz uçuş aparatlarını buraxmaq, minaların təmizlənməsi və sualtı qayıqların aşkarlanması kimi tapşırıqları da yerinə yetirə bilir.
Nəşr qeyd edir ki, Ukraynanın dəniz dronları Qara dənizdə Rusiya donanmasına qarşı effektivliyi ilə diqqət çəkib və ABŞ bu təcrübədən öz hərbi proqramlarında yararlanmağı planlaşdırır.