“Ukraynanın təklifləri konstruktivdir və həmişə belə olacaq”

“Ukraynanın təklifləri konstruktivdir və həmişə belə olacaq” Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə görüşünü şərh edib.

News24.az-ın məlumatına görə, Zelenski bildirib ki, Vitkoff və Kuşnerlə həm fərdi, həm də nümayəndə heyətləri səviyyəsində görüşlər keçirilib. Üç mərhələ davam edən danışıqlarda müəyyən mərhələdə Fransa, Böyük Britaniya və Almaniyanın nümayəndələri də iştirak edib.

O qeyd edib ki, görüşlər zamanı Ukraynanın hava hücumundan müdafiə ehtiyacları, texnoloji əməkdaşlıq və qış üçün zəruri müdafiə paketi müzakirə olunub.

Zelenski tərəflərin gələcək addımları əlaqələndirdiyini və yeni danışıqların hazırlanmasına başladığını vurğulayıb: “Ukraynanın təklifləri konstruktivdir və həmişə belə olacaq”.

Qeyd edək ki, Vitkoff və Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, daha sonra isə Kiyevdə Zelenski ilə görüşüblər.