Ukraynaya dronla zərbə endirildi: 6 ölü, 13 yaralı
Dünya
Rusiya ordusunun Ukraynanın Lutsk şəhərinə reaktiv dronla endirdiyi zərbə nəticəsində dağılan mülki infrastrukturda axtarış-xilasetmə əməliyyatları başa çatıb.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, hava hücumu zamanı 6 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.
Qeyd edək ki, oktyabrın 14-nə keçən gecədən başlayaraq Ukraynanın bir sıra böyük şəhərləri kütləvi hava zərbələrinə məruz qalıb.