Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı

Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı Dünya

Ukraynada hərbi təyyarənin qəzaya uğradığı bildirilir.

News24.az xəbər verir ki, “RBK-Ukrayna”nın yaydığı məlumata əsasən, hadisə iyunun 16-da Xmelnitski vilayətində qeydə alınıb.

Qəzaya uğrayan təyyarənin modeli hələlik rəsmən təsdiqlənməsə də, yerli teleqram kanalları onun MiG-29 ola biləcəyini yazır.

İlkin məlumatlara görə, qəza Şepetovka yaxınlığında baş verib. Şahidlər əvvəlcə göydə hərbi təyyarənin səsini eşitdiklərini, qısa müddət sonra isə güclü partlayışın baş verdiyini bildiriblər.

Ukrayna rəsmiləri hadisə ilə bağlı hələlik ətraflı açıqlama verməyiblər.