Ukraynaya qəribə seçim: "bir ovuc raket", yoxsa rüsumdan azadolma?
Dünya
ABŞ-nin xüsusi elçisi Uitkoff Ukraynaya “Tomahawk” uzaqmənzilli raketlərini əldə etmək ideyasından imtina etməyi və bunun əvəzində onlara on il müddətinə gömrük rüsumlarından azadolma hüququna nail olmağı təklif edib.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır. Uitkoffun fikrincə, uzunmüddətli rüsumlardan azadolma Ukrayna iqtisadiyyatı üçün birdəfəlik silah partiyasından daha böyük və daha davamlı fayda gətirə bilər.
“Xüsusi nümayəndə öz arqumentində bildirib ki, “bir ovuc raket Ukraynaya nə verə bilər?”, – yazıda deyilir.