Ukraynaya raket yağışı: son 2,5 ilin ən böyük hücumu
Dünya
Rusiya oktyabr ayında Ukraynaya qarşı 270 raket buraxıb.
News24.az xəbər verir ki, bu barədə AFP agentliyi Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatlarına istinadla məlumat yayıb.
Qeyd olunur ki, bu göstərici sentyabrla müqayisədə 46 faiz çoxdur və son iki il yarımın ən yüksək aylıq rəqəmi sayılır.
Zərbələr əsasən Ukraynanın enerji infrastrukturuna yönəlib. Hücumlar ölkənin müxtəlif bölgələrində elektrik kəsintilərinə səbəb olub.