Ukraynaya zərbələr endirildi, 18 ölü var

Ukraynaya zərbələr endirildi, 18 ölü var Dünya

Rusiyanın Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətindəki Prilukiyə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ü uşaq olmaqla 18 nəfərə çatıb", - məlumatda bildirilib.

Zərbələr nəticəsində 55 nəfər, o cümlədən 7 uşaq yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların aradan qaldırılması davam edir.