“ultrAslan”ın lideri saxlanıldı - Evində tapılanlar şok etdi
Dünya
Türkiyədə İstanbul Respublika Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq davam edib.
News24.az xəbər verir ki, istintaq çərçivəsində ictimaiyyətdə “Səbahəddin Şirin” adı ilə də tanınan “Qalatasaray” azarkeş qrupu “ultrAslan”ın tribuna lideri Müzəffər Şirinin evində axtarış aparılıb.
Yerli vaxtla saat 14:30-da başlayan axtarış təxminən 8,5 saat davam edib və saat 23:00-da başa çatıb.
Axtarış zamanı onun evində 841 895 avro, 51 953 ABŞ dolları, 18 865 funt sterlinq və 795 825 türk lirəsi aşkar edilərək götürülüb.
Evdə, həmçinin təxminən 13 milyon 351 min 890 türk lirəsi dəyərində qızıl və zinət əşyaları, təxminən 500 min lirə dəyərində hind dəsti və təxminən 350 min lirə dəyərində brilyant boyunbağı aşkarlanıb.
Aşkar edilən pul, xarici valyuta və zinət əşyalarının ümumi dəyərinin təxminən 65 milyon türk lirəsi olduğu bildirilib.
Axtarış zamanı həmçinin 1 silah və 1 daraq, 141 ədəd 9x19 millimetrlik və 1 ədəd 6,35 millimetrlik güllə, eləcə də, 2 ədəd 6,35 millimetrlik boş daraq aşkar edilərək götürülüb.
Şübhəlinin evində, həmçinin 4 ballistik jilet, 3 “iPhone” markalı mobil telefon və 3 SİM kart tapılıb.
Aşkar edilən rəqəmsal materialların araşdırılmasının davam etdiyi və istintaqın hərtərəfli şəkildə sürdürüldüyü bildirilib.