Atasının maşınını qaçırıb qəza törətdilər

Atasının maşınını qaçırıb qəza törətdilər Dünya

ABŞ-də iki azyaşlı qardaş valideynlərinin avtomobilini icazəsiz götürərək yolu keçən 33 yaşlı Kiara Boulinqi vurublar.

News24.az xəbər verir ki, hadisə Kaliforniya ştatının Oklend şəhərində baş verib.

Məlumata görə, Boulinq bu il “Miss Kaliforniya” titulunu qazanıb.

7 və 14 yaşlı qardaşlar valideynləri yatarkən ailə avtomobilinin açarlarını götürərək maşınla gəzməyə çıxıblar.

Şahidlərin sözlərinə görə, ağ rəngli sedan yüksək sürətlə hərəkət edərək piyada keçidində Boulinqi vurub.

Hadisə yol kameralarının görüntüləri ilə də təsdiqlənib.

Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bacısının sözlərinə görə, onun beyninə qan sızıb və üz sümükləri sınıb. Boulinqi bir neçə əməliyyat gözləyir.

Avtomobildə olan hər iki qardaş da xəstəxanaya yerləşdirilib. Onların əmisinin sözlərinə görə, kiçik qardaşın hər iki ayağı sınıb, böyük qardaşın isə beyni silkələnib.

Keçmiş Oklend prokuroru Stiven Klark bildirib ki, uşaqların yaşına görə onların cinayət məsuliyyətinə cəlb edilməsi, demək olar ki, mümkün deyil.

Lakin valideynlərinə qarşı mülki iddianın qaldırılması ehtimalı yüksəkdir.