Uşaqlara çips, buger və qazlı içki satışına qadağa qoyuldu

Uşaqlara çips, buger və qazlı içki satışına qadağa qoyuldu Dünya

Hindistanda məktəblərin yaxınlığında zərərli qida məhsullarının satışına məhdudiyyət qoyulması planlaşdırılır.

News24.az xəbər verir ki, yeni qaydalara əsasən, məktəblərin 50 metrliyində yüksək yağ, şəkər və duz tərkibli çips, qazlı içkilər, şokolad, pizza və burgerlərin satışına məhdudiyyət tətbiq edilə bilər.

Qadağanın 1,5 milyon məktəbi əhatə edəcəyi bildirilir.

Məqsəd uşaqlar arasında sağlam qidalanmanı təşviq etmək və piylənmənin qarşısını almaqdır.

Məlumata görə, 2025-ci ildə Hindistanda 5-19 yaş arası artıq çəkili və ya piylənməsi olan uşaqların sayı 41 milyona çatıb.