Uşaqlara qarşı qeyri-etik hərəkətlər edən kişi saxlanıldı

Uşaqlara qarşı qeyri-etik hərəkətlər edən kişi saxlanıldı Dünya

Sankt-Peterburqda yetkinlik yaşına çatmayanlara qarşı cinayətlər törətməkdə şübhəli bilinən kişi saxlanılıb.

News24.az xəbər verir ki, hadisə sentyabrın 10-da Letçik Lixoletov küçəsində yerləşən binanın girişində baş verib.

Məlumata görə, şübhəli şəxs müxtəlif hədiyyələr vəd etməklə azyaşlıların etibarını qazanaraq onlara qarşı əxlaqsız əməllər törədib.

Zərərçəkənlərin valideynləri məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət ediblər.

Şübhəli Krasnoselski rayonunda saxlanılıb. Bildirilir ki, ona qarşı ittiham irəli sürülüb və hadisə ilə bağlı araşdırma davam etdirilir.