Uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa gəlir? Yeni təklif

Uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa gəlir? Yeni təklif Dünya

Fransa Prezidenti Emmanuel Makron Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə müraciət edərək 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən ümumavropa qanununun hazırlanmasını xahiş edib.

News24.az xəbər verir ki, bu barədə “Agence France-Presse” Fransanın dövlət başçısının məktubuna istinadən məlumat yayıb.

Makron məktubunda uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı Avropa İttifaqı səviyyəsində vahid yanaşmanın tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Fransa prezidenti hesab edir ki, uşaqların sosial şəbəkələrə çıxışının yaş həddi müəyyən edilməli və bu qayda bütün Avropa İttifaqı ölkələrində tətbiq olunmalıdır.