Uşaqlıqda "dünyanın ən gözəl qızı" seçilən model ailə həyatı qurdu - FOTO
Dünya
25 yaşlı fransalı model, "dünyanın ən gözəl qızı" titulu ilə məşhurlaşan Tilan Blondo musiqiçi və DJ Ben Attal ilə ailə həyatı qurub.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, toy mərasimi Paris şəhərində baş tutub və qapalı şəkildə keçirilib.
Toydan sonra Tilan Blondo fotoqraflara və media nümayəndələrinə müraciət edərək onların işinə hörmətlə yanaşdığını, lakin bəzilərinin Paris meriyasının binasına gizlicə girib toydan videolar paylaşmasından məyus olduğunu bildirib.
Modelin sözlərinə görə, həmin mərasim onun özəl həyatı olduğu üçün ictimailəşdirilməməli idi.
Xatırladaq ki, Tilan Blondo model karyerasına beş yaşında başlayıb.
O, hələ kiçik yaşlarından dünyaca məşhur brendlərlə əməkdaşlıq edib və yeddi yaşında “Vogue” jurnalının uşaq əlavəsində dərc olunan fotosu ilə "dünyanın ən gözəl qızı" titulunu qazanıb.
Sonrakı illərdə isə çoxsaylı moda kampaniyalarının siması olub və model kimi karyerasını uğurla davam etdirib.