Uşaq evlərinə süni intellektlə işləmək öyrədiləcək

Uşaq evlərinə süni intellektlə işləmək öyrədiləcək Dünya

"Sberbank" Uşaqların Müdafiəsi Günü ərəfəsində valideyn himayəsindən məhrum və kimsəsiz uşaqlar üçün “Məktəb 21” rəqəmsal texnologiya platformasında süni intellektlə işləməyi öyrədən yeni təlim proqramına start verib.

News24.az xəbər verir ki, ustad dərsləri zamanı uşaqlara "AI" əsasları izah edilib və "GigaChat" neyron şəbəkəsi ilə işləmək imkanı təqdim olunub. 

Dərslər təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək və iştirakçılar üçün gələcək peşələr barədə bilik əldə etmək imkanı yaradacaq.

Aqil