Uşaqları daşıyan qayıq batdı - ÖLƏNLƏR VAR

Uşaqları daşıyan qayıq batdı - ÖLƏNLƏR VAR Dünya
Nigeriyanın Sokoto əyalətindəki Şaqari çayında uşaqları daşıyan qayıq batıb.

News24.az xəbər verir ki,  yerli hökumət baş verən qəzada 15 uşağın həyatını itirdiyini, 25 nəfərin isə yaralandığını bildirib.

Qeyd edək ki, çayda itkin düşən uşaqların dalğıclar tərəfindən axtarıldığı bildirilib./32gun.az/