ÜST-dən hantavirus açıqlaması: Epidemiyanın sonuna yaxınlaşırıq

ÜST-dən hantavirus açıqlaması: Epidemiyanın sonuna yaxınlaşırıq Dünya

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus "MV Hondius" kruiz gəmisində qeydə alınan hantavirus epidemiyasının nəzarət altına alındığını bildirib.

News24.az xəbər verir ki, onun sözlərinə görə, yoluxma hallarının sayı 13-də sabit qalıb, 3 ölüm faktı qeydə alınıb. Gəmi kapitanı və heyətin böyük hissəsi karantin müddətini başa vurub.

Tedros Adhanom Ghebreyesus bildirib ki, yoluxmaların artımı dayanıb və epidemiyanın sonuna yaxınlaşılır.