"Uzak şehir"də bir ayrılıq yaşanacaq
Dünya
Türkiyənin məşhur serialı “Uzak Şehir”də mövsüm finalına yaxın daha yeni bir ayrılıq yaşanacaq.
News24.az xəbər verir ki, “Demir” obrazını canlandıran aktyor Ferit Kaya ekran işi ilə vidalaşır.
Məlumata görə, iki il ərzində “Demir” obrazına həyat verən və performansı ilə izləyicilərin rəğbətini qazanan Ferit Kaya seriala dramatik sonluqla vida edəcək.
Qeyd edək ki, bu həftə serial mövsüm finalına çıxır.
Həmçinin “Şahin” (Alper Çankaya) və “Boran” (Burç Kümbetlioğlunun) da serialla vidalaşacaqları haqda iddialar yayılıb. (Qafqazinfo)