"Vaqner" Putinə müraciət etdi: - "bizi QƏZZAYA GÖNDƏR"
Dünya
"Vaqner" döyüşçülərindən biri Rusiya prezidenti Vladimir Putinə videomüraciət edib.
News24.az xəbər verir ki, o, müraciətində “Vaqner” döyüşçülərini Qəzza zolağına göndərməyi xahiş edib.
“Mən konkret olaraq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova deyil, müdafiə naziri Sergey Şoyquya deyil, şəxsən Putinə müraciət etmək istəyirəm. Bizim bir xahişimiz var: ya bizi Ukraynaya, ya da Fələstinə göndərin”, - o deyib.
Ayşən