"Vaqner" terror təşkilatı - elan edildi

"Vaqner" terror təşkilatı - elan edildi Dünya

Britaniya hakimiyyəti "Vaqner"i terror təşkilatları siyahısına əlavə edib. 

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Nazirliyin açıqlamasında bildirilir ki, "Vaqner"i sentyabrın 15-dən terror təşkilatı kimi tanıyıb.

Hesabatda vurğulanır ki, bir təşkilata mənsub olmaq və ya aktiv şəkildə onu dəstəkləmək Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək. Həmin şəxslərə 14 ilə qədər həbs cəzası verilə bilər.

Aynurə