Vaşinqtonda sirli sükut: Venesuela ilə bağlı qərar veriləcək

Vaşinqtonda sirli sükut: Venesuela ilə bağlı qərar veriləcək Dünya

ABŞ Prezidenti Donald Tramp hələ də Venesuelaya qarşı hərbi əməliyyat məsələsində yekun qərar verməyib.

News24.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata görə, Tramp Venesuelaya yerüstü əməliyyatlara başlayıb-başlamamağı müzakirə edir və riskləri dəyərləndirdiyi üçün hələlik heç bir göstəriş verməyib.

Ağ Evdəki mənbələrə əsasən, regionda ABŞ-ın hərbi mövcudluğu artırılır. Tramp ümid edir ki, bu təzyiq Nikolas Maduronu istefaya məcbur etmək üçün kifayət edəcək və birbaşa müdaxiləyə ehtiyac qalmayacaq.

Hazırda Vaşinqtonun strategiyası psixoloji və hərbi təzyiqi artırmaq, lakin birbaşa hücuma başlamaqdan çəkinmək üzərində qurulub.