Rutte Vaşinqtonda Trampla görüşəcək

Rutte Vaşinqtonda Trampla görüşəcək Dünya

NATO-nun Baş katibi Mark Rutte çərşənbə günü ABŞ-yə səfər edəcək və aprelin 12-dək Vaşinqtonda olacaq.

News24.az xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki qərargahından məlumat verilib.

Bildirilib ki, o, ABŞ Prezidenti Donald Tramp, Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetlə görüşəcək.

Rutte aprelin 9-da Ronald Reyqan Prezident Fondu İnstitutu tərəfindən təşkil edilən müzakirədə çıxış edəcək, aprelin 10-12-də isə Bilderberq Klubunun konfransında iştirak edəcək.