Venesuelada güclü zəlzələ: Ölənlərin sayı 32-yə çatdı
Dünya
Venesuelada baş verən güclü zəlzələ nəticəsində azı 32 nəfər ölüb, 700 nəfər yaralanıb.
News24.az-ın məlumatına görə, ən çox zərər La Quayra ştatında qeydə alınıb. Bölgədə onlarla binanın uçduğu bildirilir.
Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, yaxın saatlarda isə digər ölkələrdən də xilasedicilərin bölgəyə gələcəyini açıqlayıblar.
Qeyd edək ki, zəlzələnin episentri Yaracuy əyalətində yerləşib və yeraltı təkanların maqnitudası 7,2 və 7,5 bal olub./Reuters/