Venesuelada yenə zəlzələ oldu

Venesuelada yenə zəlzələ oldu Dünya

Venesuelada daha bir zəlzələ baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 4.9 bal gücündəki zəlzələ Araqua ştatının sahillərində qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumatına əsasən, zəlzələnin episentri Karakasdan 80 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib.

Təbii fəlakət zamanı 920 nəfərə həlak olub, 3.3 mindən çox insan xəsarət alıb.