Venesuelada yenidən zəlzələ oldu

Venesuelada yenidən zəlzələ oldu Dünya

Venesuelanın Araqua ştatının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri ölkənin paytaxtı Karakasdan 60 kilometr qərbdə yerləşib. Yeraltı təkanın ocağı 35 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində ölən, xəsarət alan və ya dağıntılar barədə hələlik məlumat verilməyib.