Venesuelada zəlzələ qurbanlarının sayı artdı – YENİLƏNDİ

Venesuelada zəlzələ qurbanlarının sayı artdı – YENİLƏNDİ Dünya

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 535 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu məlumatı Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes öz "Telegram" kanalında açıqlayıb.

O, xilasetmə və yardım göstərilməsi ilə bağlı atılan addımlar barədə də məlumat verib:

"16 740 nəfər yaralanıb, 17 854 nəfər evsiz qalıb, 190 bina tamamilə dağılıb, 856 bina ciddi ziyan görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 25 016 nəfər xəstəxanalarda və tibb müəssisələrində müalicə keçib, 86 794 ailəyə yardım göstərilib, zərərçəkənlərə 9 603 ton ərzaq çatdırılıb".

Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan seriyası qeydə alınıb. (Report)

**20:22

Venesuelada baş vermiş iki zəlzələ nəticəsində həlak olanların sayı 3342-yə çatıb.

News24.az xəbər verir ki, bu barədə Venesuela İnformasiya Nazirliyi məlumat dərc edib.

"Reuters"in məlumatına görə, zəlzələnin təsirə məruz qalanların sayı 16 470 nəfər təşkil edir.

Ərazidə yardım göstərmək üçün yeni hərbi hissənin yaradılmasına qərar verilib. (Teleqraf)