Venesueladakı zəlzələ ölənlərin sayı 6100 nəfəri keçdi

Venesueladakı zəlzələ ölənlərin sayı 6100 nəfəri keçdi Dünya

İyunun sonunda Venesuelada baş vermiş silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 6 125 nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasinin sədri Xorxe Rodriges özünün “Telegram” kanalında məlumat verib.

Son məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 60 992 nəfərə isə xəstəxanalarda tibbi yardım göstərilib.

Evsiz qalan şəxslərin istifadəsinə 287 yaşayış evi verilib. Bundan başqa, 43 679 əraziyə baxış keçirilib və qiymətləndirmə aparılıb.

Onlardan 41 624-nün zərər gördüyü müəyyən edilib.

Xatırladaq ki, iyunun 24-də Venesuelada bir neçə güclü zəlzələ baş vermişdi. Yeraltı təkanların maqnitudası 7,2 və 7,5 olub.