Venesueladakı zəlzələdə ölənlərin sayı artdı
Dünya
Venesueladakı zəlzələdə ölənlərin sayı artıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat yayıb.
Rodriges bildirib ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfər artaraq 4 min 561 nəfərə çatıb. Yaralıların sayının isə 16 min 740 nəfər olduğu qeyd edilib.
O, həmçinin 128 min 324 ailəyə humanitar yardım çatdırıldığını, zəlzələdən zərər çəkmiş bölgələrdə qurulan müvəqqəti çadır şəhərciklərinin sayının artıq 107 -ə çatdığını bildirib.