Vens: "Hörmüz boğazından keçidə görə rüsum tutulmayacaq"

Vens: "Hörmüz boğazından keçidə görə rüsum tutulmayacaq" Dünya

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazından keçidə görə hər hansı rüsumun tətbiq olunmayacağına əmin olduğunu bildirib.

News24.az xəbər verir ki, o bu barədə jurnalist Maykl Noulzaya müsahibəsində danışıb.

"Mən tam əminəm ki, Hörmüz boğazından keçidə görə heç bir rüsum tutulmayacaq", - deyə Vens bildirib.

ABŞ vitse-prezidenti əlavə edib ki, Vaşinqtonun İrana təsir göstərmək üçün hələ də kifayət qədər alətləri var və vəziyyətin ABŞ-nin məqsədlərinə uyğun şəkildə həll olunacağına inanır.