Vens seçkilərlə bağlı qərarını yeni ildən sonra verəcək
Dünya
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyinə dair qərarını yeni ildən sonra verəcək.
News24.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vens namizədlik məsələsində hələ qərarsızdır və bu barədə həyat yoldaşı Uşa və ailəsi ilə məsləhətləşir. Onun yekun qərarını yazın sonlarında açıqlaya biləcəyi deyib.
Məlumata görə, vitse-prezident namizədliyini erkən elan etməklə diqqəti ABŞ Prezidenti Donald Trampdan yayındırmaq istəmir.