Vensdən sürpriz açıqlama: AEBA ilə danışıqlar başlayır – İran razılıq verdi
Dünya
ABŞ-nin vitse-prezidenti C.D. Vens bildirib ki, İran beynəlxalq nüvə müfəttişlərinin ölkə ərazisinə yenidən daxil olmasına razılıq verib. Bu, beynəlxalq ictimaiyyətin əsas tələblərindən biri kimi qiymətləndirilir.
News24.az-ın xəbərinə görə, Vens qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə danışıqlar bu gün artıq başlayacaq.
Eyni zamanda, ABŞ və İran arasında aparılan danışıqların birinci raundundan sonra vasitəçilər – Qətər və Pakistan – birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, tərəflər “60 gün ərzində yekun razılaşmaya nail olmaq üçün yol xəritəsi” üzərində razılığa gəliblər.
Qətər və Pakistanın açıqlamalarından sonra Vens qeyd edib ki, ABŞ və İran arasında aparılan ilk danışıqlardan sonra münaqişənin dayandırılması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Onun sözlərinə görə, tərəflər həmçinin Hörmüz boğazında gəmiçiliyin bərpası və regional atəşkəsə nail olmaq üçün münaqişəli vəziyyətlərin tənzimlənməsi məsələlərini müzakirə ediblər. (BBC)