Viktoriya onunla əlaqəsini kəsən oğlu haqqında bu sözləri dedi
Dünya
Dizayner Viktoriya Bekhem ilk dəfə oğlu Bruklinlə münaqişəsi barədə danışıb.
News24.az xəbər verir ki, "Hello" dərgisinə müsahibə verən Bekhem oğlunu çox sevdiyini deyib.
"Biz uşaqlarımızı çox sevirik. Həmişə onlar üçün ən yaxşı valideyn olmağa çalışmışıq. 30 ildən çoxdur ki, ictimaiyyətin diqqət mərkəzindəyik və etdiyimiz tək şey uşaqlarımızı qorumaq və sevməkdir. Bu barədə demək istədiyim tək şey budur", - deyə Bekhem bildirib.
Qeyd edək ki, Viktoriya bu yaxınlarda oğlu Bruklini 27 yaşı münasibətilə də təbrik etmişdi.
Xatırladaq ki, Bruklin Bekhem həyat yoldaşı Nikola Peltzə soyuq münasibət göstərdikləri üçün ailəsi ilə əlaqələrini kəsib. (Unikal)