Villasını 8 milyona satırdı, 100 dollara aldılar
Dünya
Məşhur müğənni Filipp Kirkorov ABŞ-nin Mayami şəhərində yerləşən malikanəsini qızı Alla-Viktoriyaya cəmi 100 dollara satıb.
News24.az xəbər verir ki, xalq artisti villanı bu qiymətə satsa da, malikanənin rəsmi dəyəri 4,38 milyon dollardır.
Bildirilib ki, Kirkorov bu addımı qızı Alla-Viktoriyanın ABŞ vətəndaşlığı hüququnu təmin etmək məqsədilə atıb.
Qeyd edək ki, ötən ay ABŞ Maliyyə Nazirliyi Rusiyanın xalq artisti Filipp Kirkorovun həmin malikanəsində yoxlama aparmışdı.
Mayami-Biçdə yerləşən 1380 kvadratmetrlik əmlak iki evdən ibarətdir. Əsas ev və sərnişin liftləri, hovuz, qaraj, terraslar və spa olan qonaq evi.
Kirkorov bu malikanəni 2011-ci ildə 4,2 milyon dollara almışdı. 2024-cü ildə isə onu 8 milyona satışa çıxarsa da, alıcı tapa bilməyib. (Qafqazinfo)