"Virat" Türkiyə sahilinə aparılır: limana bu tarixdə çatacaq
Dünya
Rusiya kölgə donanmasına məxsus “Virat” gəmisi dekabrın 1-də Türkeli limanına çatacaq.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi “X” hesabında məlumat paylaşıb.
“Gövdəsində zədəsi olan gəminin yedəyə alınma əməliyyatı bu gün saat 17:45-də başlayıb və gəminin 1 dekabr saat 13:00-da Türkeliyə çatacağı təxmin edilir. Proses nəzarətdə saxlanılır”, – məlumatda deyilir.