"VKontakte" istifadəçilərinə pis xəbər - Silindi

"VKontakte" istifadəçilərinə pis xəbər - Silindi Dünya

"Apple” şirkəti “Vkontakte”-yə məxsus tətbiqləri “App Store” mağazasından silib.

News24.az xəbər verir ki, bu barədə VK şirkətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilin ki, tətbiqlər heç bir xəbərdarlıq edilmədən silinib.

Şirkət xatırladıb ki, heç vaxt sanksiyalar altında olmayıb və heç bir sanksiya siyahısında yer almayıb. Həmçinin hüquqşünasların rəsmi rəyləri və bütün zəruri məlumatlar uzun müddətdir “Apple”-ın sərəncamındadır.

VK-nın fikrincə, “Apple” bu addımı ilə milyonlarla istifadəçinin hər gün istifadə etdiyi populyar xidmətlərə çıxışını məhdudlaşdırır.

““Apple”-ın hərəkətləri nəticəsində istifadəçilər mesajlar və vacib hadisələr barədə push-bildirişlər ala bilməyəcəklər”, – deyə məlumatda vurğulanıb.

VK həmçinin bildirib ki, daha əvvəl “Apple” cihazlarında quraşdırılmış bütün tətbiqlər işləməyə davam edəcək.

“Android” istifadəçiləri isə VK tətbiqlərindən tam həcmdə, o cümlədən yeniləmələr, bildirişlər və digər funksiyalarla birlikdə “RuStore”, “Google Play”, “Huawei AppGallery”, “Samsung Store”, “Xiaomi Store” və məhsulların rəsmi saytları vasitəsilə istifadə edə bilərlər.

Xatırladaq ki, iyunun əvvəlində “Apple” Rusiyanın milli mesenceri olan “Max” tətbiqini də “App Store”-dan silmişdi. /İnterfax/